“İraq Kürdüstanında keçirilən referendum ləğv edilməlidir”

Bizimsesimiz.info // Şimali İraq Kürd Administrasiyası referendumu ləğv etməlidir.

SalamNews “Anadolu” agentliyinə  istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlüd Çavuşoğlu bildirib.

“Şimali İraqın geri addım atması çox vacib bir qərardır, ancaq bu kifayət etmir. Bu referendum ləğv edilməlidir”, – deyə o bildirib.

Çavuşoğlunun sözlərinə görə, Şimali İraq Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani referendumdan sonra nüfuzunun artacağını, güclənəcəyini düşünürdü:”Ancaq əksinə oldu, daha da zəiflədi. Hər kəs buna şahid olub”.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyəti müstəqilliklə bağlı keçirilən referendumun nəticələrini dondurmağa hazır olduğunu bəyan edib. Ancaq İraqın Baş naziri Heydər əl-İbadi  Şimali İraq Kürd Muxtariyyəti başçısının təklifini rədd edib.

3 COMMENTS

  1. Escherichia coli strain BL21 containing both biotin ligase and ERО± LBD vectors was induced with 0 buy cialis generic online cheap Based on the sum of our findings, we propose that improper intercellular communication elicited by dysfunctional pericytes can lead to profound changes in the adjacent endothelium and the surrounding tissue, which together drive neurovascular pathogenesis

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir