İraq prezidenti ölkǝsindǝki tǝrǝflǝrǝ çağırış edib

Bizimsesimiz.info  // İraq prezidenti Fuad Masum, Bağdad ilə Ərbilə çağırış edib ki, İraq Kürd Regional Rəhbərliyinin 25 Sentyabrda təşkil etdiyi qeyri-qanuni referendumdan sonra yaranan siyasi və təhlükəsizlik böhrana son qoyulması uğrunda dialoq başlatsınlar.

İraq dövlət başçılığının mətbuat xitmətinin məlumatına görə prezident Fuad Masum, Amerika Birləşmiş Ştatlarının Bağdad səfiri Douglas Sillimanı  qəbulu zamanı təhlükəsizlik qüvvəlirinin terrora ağır zərbə endirmələri və bu sahədə böyük uğurlara imza atmaları, İraq xalqının həmrəy olma, azad, demokratik və birlikdə sülh çərçivəsində yaşama arzularının göstəricisi olduğunu qeyd edib. Mərkəzi hökumət və İraq Kürd muxtariyyəti başda olmaqla bütün siyasi tərəflər arasındakı problemləri həll edərək təhlükəsizlik qüvvələrinin qazandıqları uğurlara dəstək və Mövcud böhranı həll etmək, milli mənfəətləri qorumaq üçün konstruktiv dialoq başladmağın vacib olduğunu vurğulayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.