İraq qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini azad edib
İraq qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtələrini nəzarət altına alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə əməliyyata qatılan “Həşdi Şabi” silahlı qruplaşmasının mətbuat idarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, onlar Suriya ilə sərhəddə yerləşən Əl-Kaim şəhərini tam azad ediblər.
Ötən həftə İraqın baş naziri Heydər əl-Abadi Əl-Kaim şəhərinin azad edilməsi ilə bağlı əməliyyatın başlandığını bəyan etmişdi. O, şəhərin terrorçuların son dayaq nöqtəsi olduğunu deyib.