Bizimsesimiz.info // ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyaya aid nəqliyyat vasitəsinə əldəqayırma partladıcının hücumu nəticəsində bir koalisiya əsgərinin öldüyü bildirilib.

Bu barədə Birləşmiş Xidmət Qüvvələri Təbii Qətiyyət Əməliyyatından yazılı açıqlama verilib.

Verilən açıqlamada “1 oktyabrda İraqda nəqliyyat vasitələrinə əldəqayırma partladıcının tuş gəlməsi nəticəsində bir koalisiya əsgəri ölüb, bir əsgər yaralanıb. Ölən və yaralanan əsgərlərin kimliyi, yaxınlarına məlumat verilənə qədər bildirilməyəcək”, – sözləri yer alıb.

Açıqlamada hadisənin İraqın hansı bölgəsində meydana gəldiyinə dair məlumat verilməyib. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here