İraqda qadın jurnalist öldürüldü

Bizimsesimiz.info // İraqın qərbində hökumət qüvvələri ilə terror təşkilatı DEAŞ arasındakı münaqişələri təqib edən qadın jurnalıst öldürülürdü.

İraq ordusunun rəsmisi Nizar Əbdülhəmid: ” Enbar rayonunun Kaim rayonunda gedən toqquşmaları təqib edən müharibə müxbiri Rəna el-Uceyli həlak oldu” dedi.

Əbdülhəmid müharibə müxbirini müşayiət edən operator Müntəzir Adilin də yaralandığını bildirdi.

Uceyli Haşdi Şabinin Müharibə İnformasiya Şəbəkəsinin əməkdaşı idi.

Mətbuat Azadlığı Müşahidə Evinin məlumatlarına görə, dünyada jurnalistlər üçün ən təhlükəli ölkələr sırasında olan İraqda  2017-ci ildə 7 jurnalist öldürülüb, 11-i yaralanıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir