Ev Hadisə İraqda yeni terrorçu qrupu yaradılıb

İraqda yeni terrorçu qrupu yaradılıb

362

Bizimsesimiz.info // İraqın hökumət qüvvələri, Salah-ed-Din vilayətində, Tuz-Hurmatu ərazisində daha əvvəllər mövcud olmamış “Rayət-əl-Beydə” (“Ağ bayraqlar”) adlı terrorçu qrupunu təqib edir.

Bizimsesimiz.info “Report”a istinadla məlumat verir ki, bu barədə TASS xəbər verib.

Yerli mətbuatın məlumatına görə, silahlılar hökumət ordusunun tərəfində vuruşan “Əl-Həşd əş-Şəabi” şiə qruplaşmalarının postlarına bu yerdə dəfələrlə hücumlar ediblər. Bununla əlaqədar olaraq Bağdaddan şimaldakı ərazinin müdafiəsinin gücləndirilməsi barədə qərar qəbul edilib.

Ehtimal edilir ki, terrorçular İraqa Suriyadan daxil olublar.

Qeyd edilir ki, qruplaşmanın bütün döyüşçüləri yaxşı təlim keçiblər və döyüş təcrübəsinə malikdirlər. “Rayət-əl-Beydə”nin üzvlərinin sayı 500 nəfərdir.

Silahlıların əksəriyyətini kürdlər təşkil edirlər. Lakin qruplaşma üzvləri arasında İŞİD qruplaşması sıralarda vuruşmuş keçmiş ərəb muzdluları da var.

NO COMMENTS

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here