İraqdan Kərküklə bağlı mühüm qərar
Bizimsesimiz.info // İraq parlamenti Kərkük Məclisinin ləğv edilməsi ilə bağlı imza toplama aksiyasına başlayıb.
Axar.az xəbər verir ki, İraq parlamentinin rəsmilərindən olan Əhməd Hacı Rəşid Məclisin ləğv edilməsi üçün xeyli imza topladıqlarını bildirib.
Məlumata görə, əgər Kərkük Məclisi müstəqillik referendumunda iştirak etmək fikrindən daşınmasa, Məclis ləğv ediləcək və ya hərbi orqanlar tərəfindən idarə ediləcək.
Qeyd edək ki, Kürdüstanda müstəqillik referendumunun 25 sentyabr tarixində keçirilməsi nəzərdə tutulub. İraq parlamenti sözügedən referendumun qanunsuz olduğunu və rədd edildiyini açıqlayıb