İraqın Baş naziri Heydər əl-İbadi referendumun nəticəsini tanımayacaqlarını bildirdi

Bizimsesimiz.info // İraqın Baş naziri Heydər əl-İbadi  Kürd Regional Rəhbərliyindəki (İKRR) qeyri-qanuni referendumun keçirilməsində məsuliyyəti olan səlahiyətlilərə qarşı lazım olan tədbirləri artıracaqlarını söyləyib.

İbadi bunu Bağdadda Birgə Əməliyyatlar Komandirliyinə baş çəkdiyi zaman deyib.

İraqın Baş naziri referendumun keçirilməsinin ciddi risk olduğunu, İraq Ali Məhkəməsinin qərarına baxmayaraq bu addımın atıldığını, referendumun qeyri-qanuni olduğunu və nəticəsini tanımayacaqlarını bildirib.

İbadi referendumun heç bir beynəlxalq dəstəyinin olmadan keçirildiyini vurğulayaraq, heç bir müşahidəyə tabe olmayan referenduma qərar verənlərin nəticəni də özlərinin açıqladığının maraqlı olduğunu deyib və bunun nəticəsindən əsla danışmayacaqlarını, mübahisə etməyəcəklərini və tanımayacaqlarını qeyd edib.

Mərkəzi idarənin referendum əsaslarının tapdalanması ilə əlaqəli yeni addımlar atacağını deyən İbadi: “Təəssüf ki, referendum məzhəbçi və etnik əsaslara söykənən duyğuları hərəkətə gətirdi. Buna baxmayaraq kürd vətəndaşlarımızın təhlükəsizliyindən əl çəkməyəcəyik, ancaq referendumu keçirənlərdən də hesabını soruşacağıq.  Onlara qarşı tədbirlərimizi artıracağıq. İKRR-də bütün federal səlahiyyətlərimizdən istifadə edəcəyik və ordakı vətəndaşların təhlükəsizliyini təmin edəcəyik. İKRR nəzarətindəki üç vilayət və mübahisəli bölgədəki vətəndaşlardan referendum zamanı xeyli sayda şübhəli, təzyiqlə səs vərmə və köç etdirilmə şikayətləri aldıq. Mübahisəli bölgələr də qanunlara görə həll edilənədək mərkəzi idarəyə geri qayıtmaq məcburiyyətindədir. İrqçi və məzhəbçi dövlətin qurulmasını qəbul etmərik.”

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir