İraqın baş naziri Kürd Regional Rəhbərliyinə xəbərdarlıq etdi
Bizimsesimiz.info // İraqın baş naziri Heydər əl İbadi İraq Kürd Regional Rəhbərliyi tərəfindən Kərkükə hərbi qüvvələrin cəlb olunması iddiaları barəsində: “Bu təhlükəli bir vəziyyətdir”dedi.
İraqın baş naziri Heydər əl İbadi Hökumət Sarayında keçirdiyi mətbuat konfransında İraq Kürd Regional Rəhbərliyinin bir daha dialoqa dəvət edərək, 25 sentyabrdakı qeyri-qanuni referendumu ləğv etməyə çağırdı.
İbadi: “İraq Kürd Regional Rəhbərliyinə hərbi qüvvələri Kərkükə cəlb etməsi ilə əlaqədar xəbərdarlıq edirəm. Bu, təhlükəli vəziyyətdir” deyə danışdı.