İraqın həm sünni, həm də şiə qolu birlikdə rədd cavabı verdilər

Bizimsesimiz.info // İraqda Milli Koalisiya hökumətinin ən böyük sünni qrupu – İraq Milli Koalisiyası və ən böyük şiə qrupu – İraq Qüvvələr Birliyi İraq Kürd Regional Rəhbərliyinin 25 sentyabrda keçirməyi planlaşdırdığı referendum qərarını rədd etdilər.

Koalisiyanın şiə qolunun yaydığı xəbərə görə, “Koalisiya rəhbəri Ammar Həkim İraq Məclis sədri Səlim Cuburinin başçılıq etdiyi Sünni Qüvvələr Birliyi nümayəndə heyətini qəbul edib. Tərəflər birlikdə keçirilməsi planlaşdırılan referendumu rədd etdiklərini açıqladılar.”

Şiə və sünni koalisiyaları həmçinin Bağdadla Ərbil arasında da dialoqa yenidən başlanması fikri barədə söhbət ediblər.

Xatırladaq ki, İraq Məclisinin ən böyük şiə qrupu ilk günlərdən İraq Kürd Regional Rəhbərliyinin Kərkükdə keçirəcəyi referendumu qəbul etmədiklərini bildirmişdi. Koalisiya Kərkükü terror təşkilatı DAEŞ-dən təmizləmək üçün siyasi münaqişələrdən uzaq tutulması lazım olduğunu vurğulayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir