Bizimsesimiz.info  // İraqın hakimiyyət orqanları ilk dəfə ən çox axtarılan cinayətkarların siyahısını açıqlayıb.

Bizimsesimiz.info “Report”a istinadla xəbər verir ki, bu barədə “Al Sumaria” telekanalı məlumat yayıb.

Siyahıda 60 şəxsin, o cümlədən keçmiş prezident Səddam Hüseynin İordaniyada olan böyük qızı Raqadın da adı var.

Siyahıda İŞİD-in 28 səhra komandiri, “Əl Qaidə”nin 12 başçısı, Səddam Hüseynin devrilməsindən sonra 2003-cü ildə buraxılmış BƏƏS-in funksionerləri barədə informasiyalar və ittihamlar var.

Həmin şəxslər arasında hazırda yeri hələlik məlum olmayan İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin adı yoxdur.

Mənbə telekanala bildirib ki, ittiham edilənlər İraqdan kənardadırlar. Onların ekstradisiyası məsələsi İnterpolla birlikdə həll ediləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here