“İraqın rəsmi istəyi əsasında İraq Kürdüstanı ilə hava əlaqəsini kəsdik”
Bizimsesimiz.info // İran Xarici İşlər Nazirliyini sözçüsü Bəhram Qasimi, İranın İraq Kürdüstanı ilə hava sərhədini bağladığını təsdiq edib.
Qasimi, Tehranın İraqın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarı olduğunu bildirib.
Onun sözlərinə görə, İran bu addımı İraqın rəsmi istəyi əsasında atıb:
“Bizim mövqeyimiz bu mövzuda ilk gündən tamamilə açıq və dəqiqdir. Biz İraq dövlətinin ərazi bütövlüyü və suverenliyinə hörmət edirik və bunun əleyhinə olan hər bir addımı səhv və yanlış hesab edirik”. // SalamNews