İraqın vitse-prezidenti: “Peşmərgə” döyüşçüləri İraqda İŞİD-lə mübarizədə heç bir rol oynamayıb
“Peşmərgə” döyüşçüləri İraqda İŞİD-lə mübarizədə heç bir rol oynamayıb.
Bizimsesimiz.info APA-ya istinadla məlumatına görə, bunu RİA “Novosti”-yə müsahibəsində İraqın vitse-prezidenti Nuri əl-Maliki deyib.
“İraq Kürdüstanın rəhbər Məsud Bərzani xəyalpərəstdir. Dövlətlərin sərhədləri qan ilə cızılır. O bilir ki, “Peşmərqə” döyüşçüləri İŞİD-lə mübarizədə heç bir rol oynamayıb. ABŞ, İraq və İranın yardımı olmasaydı, Iraq Kürdüstanın paytaxtı İŞİD-ə təslim olacaqdı. Onların real gücü yoxdur.”
Qeyd edək ki, 2005-ci ildən İraqın şimalında Kürdüstan muxtariyyəti yaradılıb. Muxtariyyətin hakimiyyət orqanları sentyabrın 25-də müstəqillik haqqında referendumun keçiriləcəyini bəyan edib.
“Peşmərgə” İraq Kürdüstanın rəsmi silahlı qüvvələridir.