İşğal altındakı əraziləri azad etməyə hazırıq – Baş Qərargah

“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”

Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyə tam hazırdır.

Bizimsesimiz.info Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Nizam Osmanov deyib.

O bildirib ki, 2016-cı ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirib:

“Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Aprel döyüşləri nəticəsində işğaldan azad edilən ərazilərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.