Bizimsesimiz.info // Türkiyənin İstanbul şəhərində D- 8 İslam Birliyinə daxil olan dövlətlərin zirvə görüşü keçirilib. Hadisəyə Milli Görüş təşkilatı olan Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri Kəramət Salayev facebook səhifəsində münasibət bildirib.

“1997 ci ildə Nəcməddin Ərbakanın öndərliyi ilə İslam Dünyasının 8 dövlətinin – Türkiyə, İran, Misir, Pakistan, Banqladeş, Malaziya, İndoneziya, Nigeriya D- 8 İslam İşbirliyi Təşkilatı quruldu. 20 il sonra 20 Oktybar 2017 ci il tarixində İstanbulda yenidən D- 8 üzvü olan dövlətlər və digər qonaq qismində iştirak edən müsəlman dövlətləri bir araya gəldilər. Böyük bir hadisə idi. Müsəlman torpaqlarında zülm və göz yaşları axdqıca bu hadisənin mahiyyətini daha çox anlayacayıq.

Hadisənin sevindirici cəhətlərindən biri isə odur ki, Azərbaycan D- 8 İslam İşbirliyi Təşkilatının toplantısında qonaq qismində ən yüksək səviyyədə iştirak edirdi. Millətimiz və dövlətimiz üçün atılan çox önəmli tarixi bir addım idi. Prezident İlham Əliyevin D- 8 in, D- 20 yə çevrilməsi prosesinə dəstək verməsi və Azərbaycanın da İslam İşbirliyi Təşkilatına qoşulması təklifinə razılıq verməsi yeni syasi mərhələnin başlanmasından xəbər verir. Allaha çox şükür olsun ki, nəhayət dünyanın ikili, üçlü standartlarını anlayan İslam sivilizasiyasının daşıyıcısı olan dövlətlər Gücə deyil, Haqqa söykənən sdandartların güclənməsi və qələbəsi üçün eyni istiqaməti seçirlər. Nə qədər çətin olsada İslam Birliyinin qurulması üçün Azərbaycanın fəal siyasət yürütməsi zəruridir və atılacaq addımların davamlı, ardıcıl xarakter alacağına ümid edirəm.

Milli Görüş təşkilatı olaraq formalaşmaqda olan Doğru Yol Partiyasının qarşısına qoyduğu hədəflərindən biri Azərbaycanın İslam dünyasına sürətli inteqrasiya etməsi, vahid siyasi, iqtisadi, mədəni və hərbi məkanın formalaşdırlmasıdır. Bu baxımdan Doğru Yol Partiyası QHÜ TK sədri olaraq Azərbaycanın mövcud iqtidarının addımını doğru hesab edirik və bu istiqamətdə atılacaq hər bir addımı dəstəkləyəcəyimizi bəyan edirik.”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here