Bizimsesimiz.info // Dünya dinc Azərbaycan əhalisinə qarşı erməni terroruna və təcavüzünə göz yummamalıdır.

Enter.News xəbər verir ki, bunu Türkiyənin “Yeniakit” qəzetinin kolumnisti, Türkiyə prezident aparatı yanında “Akil İnsanlar” təşkilatının üzvü Əbdürrəhman Dilipak deyib.

Onun sözlərinə görə, ermənilərin Qafqazda həyata keçirdiyi işğalçılıq və terror siyasəti, qəbuledilməzdir.

Ə.Dilipak qeyd edib ki, dünya ictimaiyyəti ermənilərin bu hərəkətlərinə və müsəlmanlara qarşı etnik təmizləmə arapan dövlətlərə biganə yanaşır.

“İşğalçı Ermənistan və ya hər hansı qeyri-müsəlman ölkə olduqda dünya birliyi buna sadəcə göz yumur. Azərbaycanın dinc əhalisinə qarşı son erməni təcavüzü – buna bariz nümunədir”, – jurnalist deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, İslam dünyasıda bu təcavüzə susur.

“Türkiyə həmişəki kimi, bu məsələdə Azərbaycan xalqını və hökumətini dəstəkləyəcək”, – Ə.Dilipak deyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here