İslam İsveçrədə rəsmi din kimi qəbul edilə bilər

Bizimsesimiz.info // Hazırda İsveçrədə 400 min müsəlman yaşayır

“İslam İsveçrədə rəsmi din olaraq dövlət səviyyəsində qəbul edilməlidir.” İslam.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İsveçrənin Sosial-Demokrat Partiyasının lideri Kristian Levrat bildirib. O, qeyd edib ki, hazırda İsveçrədə 400 min müsəlman yaşayır ki, onlardan da 60 mini bu ölkənin vətəndaşıdır.

“İsveçrədə təxminən 240 məscid fəaliyyət göstərir. Bu o deməkdir ki, İslam bizim ölkədə köklü şəkildə mövcuddur. Əgər İslam İsveçrədə rəsmi dinlərdən biri kimi qəbul edilsə, dini təşkilatlar dövlət tərəfindən maliyyələşəcək. Bu isə xaricdən ekstremistlərin müdaxiləsinin qarşısını alacaqdır.”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.