İslamafobiya və əks arqumentlər
Bizimsesimiz.info // Son zamanlar cəmiyyətdə müzakirə olan vacib bir məsələyə toxunmaq, iki rəqib idealogiyanin üstündə durmaq istədim.
İslamafobiya və İslam. Qurtuluşu daim Qərb ve Qərb mədəniyyətində görən İslamafoblar müsəlmanları iqtisadi, maddi gerilikdə, rifahsızlıqda qınayır, hətta ağır tənqidlər belə edirlər.Bu geriləmədə də əsas gördükləri səbəb İslamdır.
Bəs heqiqətən İslammıdır müsəlmanların son illər iqtisadi və maddi geriliyinin səbəbi? İslammıdır müsəlmana rifahı qadağan edən? Bunu iddia edən kütlə ya tarixdən xəbərsizdir, ya da iddiaları xüsusi qərəzdir. Tarixdə müsəlmanların maddi, mədəni və iqtisadi rifah dövrü olub ve bu dövr müsəlmanların eyni zamanda mənəvi qızıl dövrü, yəni İslamı daha həssaslıqla yaşadıqları dövrlərdir. Demək, İslam günahkar deyildir. Əksinə, geriləmə dövrü başlanğıcı müsəlmanların İslam həssasiyyətinin zəifləməsindən başlayıb.
Bəs yaxşı, hal-hazırda iqtisadi irəliləmə ve rifah içində olan Qərb həqiqətən insanlığın xoşbəxt olma yolunu tapıbmı? Qərbdə və Avropada cəmiyyət çoxmu mükəmməldir, çoxmu hüzurludur? Ən çox intiharlar, həyatdan bezmiş, narkotik bağımlısı gənclik, xəyanətlər, boşanmalar coxluq olaraq Qərbdə deyilmidir? Rifah beləmi olur?
İslamafobların müsəlmanlarla bir ayrı problemi də “qadın azadlığıdır”. Bəs yaxşı, İslam qadını dustaqmı edir? Müsəlman qadınına nə kimi zülm edir? Yoxsa sizin zülm dediyiniz ailə nizamının esası olan qadının ərinə itaətlə mükəlləf olmasımıdır? Bilmirsinizmi, ərinin də qadına qarşı sadiqliklə, gözəl rəftarla İslamın mükəlləf etdiyini? Bilmirsinizmi, başıboş, rəhbərinə itaətsiz, nizamsiz-qanunsuz bir dövlətin, hətta fabrikin belə süqutunun qaçınılmazlığını? Məftunu olduğunuz Qərbdə ailə sisteminin param-parça olma səbəbi sizin bu ideologiyanızdır. Qara sevdalısı olduğunuz Qərb bir ailə sistemini belə qura bilmir, nəticədə o ailələrdə nə hüzur qalır, nə əmniyyət qalır, nə də hörmət.
İctimai yerlərdə, cəmiyyətin gözü önündə, böyük-kiçik anlayışını məhv edərcəsinə, qeyret-namus prinsiplərini silərcəsinə gənclərin sözün əsl anlamında etdiyi arsızlıqlar, ədəb-həya hissinin yırtılması sizin bu ideologiyalarınızın nəticəsidir. Kişi-qadın demədən, məhrəm və naməhrəm anlayışını əzmiş şəkildə tələb etdiyiniz aşkarlıqdamıdır rifahınız? İnkişaf kimi gördüyünüz, əslində büsbütün çirkab və rəzillik olan bu sadaladığım hallar əsla rifah və çağdaşlıq deyildir! Bu cür ideologiya nəinki qadına, hətta insanlığa qarşı ən böyük cinayətdir. Çünki, bu iddialarınızın nəticəsi məneviyyatı məhv olmuş bir gənclik və mənəviyyatı məhv olmuş bir nəsillə qurulan gələcəkdir…
Xəyal Vidadioğlu