İspaniya Kataloniyanın muxtariyyətini ləğv etdi
Bizimsesimiz.info // İspaniya hökuməti Kataloniya əyalətinin muxtariyyətini ləğv edib.
Rəsmi Madrid əyalətə münasibətdə ölkə Konstitusiyasının 155-ci maddəsini işə salıb.
Bu maddəyə əsasən, İspaniya hökuməti Kataloniyada birbaşa idarəetməyə keçib.
Baş nazir Mariano Raxoy bildirib ki, Kataloniyada həmçinin hökumət də istefaya göndəriləcək, növbədənkənar seçkilər keçiriləcək. //eastnews.org