Bizimsesimiz.info // Əqsa məscidinin direktoru Şeyx Naci Bekirat ictimai media hesabından paylaşdığı şərhdə deyib: “İsrail polisi axtarış detektorlarını götürüb, amma kameraları saxlayıb. Bunu da istəmirik.”

İsrail Təhlükəsizlik Kabineti gecə yarısına qədər davam edən toplantısından sonra verdiyi yazılı açıqlamada bildirib: “İsrail Təhlükəsizlik Kabineti bütün təhlükəsizlik məqsədiylə quraşdırılan metal-axtarış detektorlarını qaldıraraq bunun yerinə inkişaf etmiş texnologiya istifadə edilməsi və başqa tədbirlər görülməsinə qərar verəcək. Bu şəkildə ətrafı sütunlarla çevrələnmiş Qüdsün köhnə şəhər bölgəsi və Əqsa məscidində ibadət edənlərin təhlükəsizliyi təmin ediləcək. Yeni texnologiya tədbirləri həyata geçirilənə qədər şəhərdə polis öz işində olacaq və Əqsaya edilən ziyarətlərin təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atılacaq. Yeni texnologiya tədbirlərinin 6 ay içində tamamlanması üçün hökumət 100 milyon şekel (təxminən 28 milyon dollar) ayırıb.”

Xatırladaq ki, İsrail polisi Əqsa məscidində 14 iyulda silahlı hücum iddiası ilə 3 fələstinlini öldürüb. Hadisədə zamanı yaralanan 2 İsrail polisi də aparıldığı xəstəxanada keçiniblər. Hadisədən sonra Əqsa məscidini ibadətə bağlayan İsrail qüvvələri 2 qapını 16 iyulda açmış, amma qapılara metal-axtarış detektorları yerləşdirmişdilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here