İsrail Ərdoğana etiraz etdi: “Osmanlı İmperiyası və sultan günləri çoxdan bitib”

Bizimsesimiz.info // Qüdsün İsrail rejiminin paytaxtı olması halında İsrail ilə əlaqələri kəsmə təhdidi edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İsraildən cavab gecikməyib.

İsrail rejimi Xarici İşlər Nazirliyi yaydığı bəyanatda mövzuya toxunub.

“Ərdoğan tanısa da, tanımasa da Qüds 3 min ildir ki, yəhudilərin paytaxtıdır. Osmanlı İmperiyası və sultan günləri çoxdan bitib”, deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas isə Trampın ABŞ səfirliyinin Təl Əvivdən Qüdsə köçürülməsi xəbərdarlığına cavab verib.

O, bildirib ki, bu iki dövlətli həll yolu planını yerə vurur. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.