İsrail əsgərləri 13 fələstinlini nəzarətə götürdü

Bizimsesimiz.info // İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 13 fələstinlini nəzarətə götürdüyü bildirilib.

Bu barədə İsrail ordusundan yazılı açıqlama verilib.

Açıqlamaya görə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə təşkil edilən basqınlarda “terror aktlarına qoşulduqları” iddiasıyla 13 fələstinli saxlanılıb.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri  müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür. İsrail həbsxanalarında 300-ü uşaq olmaqla təxminən 7 min fələstinli var.  //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir