İsrail əsgərləri 15 fələstinlini nəzarətə götürdü
Bizimsesimiz.info // İsrail ordusu tərəfindən İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə keçirilən əməliyyatlarda 15 fələstinli saxlanılıb.
Bu barədə İsrail ordusundan yazılı açıqlama verilib. Açıqlamada onların saxlanılmasına səbəb kimi “terror aktlarına qoşulmaları” göstərilib.
Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.
İsrail həbsxanalarında 300-ü olmaqla uşaq təxminən 7 min fələstinli var. //eastnews.org