Bizimsesimiz.info  // İsrail rejimi əsgərlərinin 3 yaşlı uşağı bir neçə dəqiqəlik nəzarətə götürməsi reaksiyalara səbəb olub.

Fələstinli bir fəalın çəkdiyi görüntü ilə Əl-Xəlildəki İsrail əsgərlərinin Dirqam Mişvədə adlı 3 yaşlı fələstinli uşağı nəzarətə götürdüyü ortaya çıxıb.

Sosial mediada yayımlanan videoda İsrail əsgərlərinin bıçaq gəzdirdiyi iddiası ilə zorla saxladığı uşağın ağladığı, uşağın atası və qardaşının onu sionist rejim əsgərlərinin əlindən almağa cəhd göstərdiyi əksini tapıb.

Rejim əsgərləri ilə uzun sürən mübarizədən sonra 3 yaşlı uşağı onların əlindən almaq mümkün olub.

İşğal olunmuş ərazilərdə yəhudilərin qeyri-qanuni yerləşdirilməsi əleyhinə yaradılmış təşkilatın rəhəri Əhməd Əmir 3 yaşlı Mişvədənin qohumlarıgilə getdikdən sonra evinə geri dönərkən “mətbəx bıcağı gəzdirmək” ittihamı ilə rejim əsgərləri tərəfindən saxlanıldığını söyləyib.

Əhməd Əmir İsrail rejiminin gülüş doğuran bu hərəkətinin onların hər gün Fələstin xalqına qarşı törətdikləri qanun pozuntularının bir hissəsi kimi xarakterizə edib.

Qeyd edək ki, İsrail həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var və bu say durmadan artır. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here