Bizimsesimiz.info // İsrail əsgərlərinin İordan çayının qərb sahilində yerləşən İyerixon şəhərində Amerika Birləşmiş Ştatlarının Qüdsü “İsrailin paytaxtı” olaraq tanıma qərarına etiraz edən fələstinlilərə müdaxiləsi nəticəsində 44 nəfər yaralandı.

Fələstin Qızıl Aypara Cəmiyyəti  tərəfindən verilən yazılı açıqlamada dəstələrinin İsrail əsgərlərinin nümayişçiləri dağıtmaq üçün istifadə etdiyi plastik güllələrlə yaralanan və gözyaşardıcı qazdan əziyyət çəkən 44 fələstinliyə tibbi yardım göstərdiyi qeyd olunur.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trump dekabrın 6-da verdiyi açıqlamada Qüdsü “İsrailin paytaxtı” olaraq qəbul etdiyini elan etmiş və Tel-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verdiyini açıqlamışdı.

Fələstinlilər o tarixdən etibarən İordan çayının qərb sahilində və Qəzzanın müxtəlif yerlərində qərara qarşı etiraz aksiyaları keçirirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here