İsrail əsgərləri fələstinli iki uşağı şəhid etdi
Bizimsesimiz.info // İsrail əsgərləri işgal altındakı İordan çayının qərb sahili ilə Qəzza sərhəd məntəqəsində fələstinli iki uşağı şəhid edib, üç nəfəri isə yaralayıb.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra Əl-Beric qaçqın düşərgəsinin şərq sərhədində ABŞ-ın “İsrailin paytaxtı” olaraq tanıma qərarına etiraz etmək üçün keçirilən nümayişlər zamanı 16 yaşındakı Əmir Əbdülhəmid Əbu Musaid adlı fələstinli bir uşağın İsrail əsgərlərinin gülləsilə sinəsindən vurularaq, şəhid olduğunu bildirib.
Sözçü həmin hadisələr zamanı 3 fələstinlinin yaralandığını və vəziyyəti ağır olan yaralıların olduğunu söyləyib.
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında da İsrail əsgərlərinin İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə bağlı İraq Burin kəndindəki müdaxiləsində fələstinli bir uşağın şəhid olduğu bildirilib.
Şəhid olan 16 yaşındakı Əli Amr Kaynu adlı uşağın əmisinin oğlu Nasr Kaynu Əlini İraq Burin kəndinin giriş yerində İsrail əsgərlərinin vurduğunu söyləyib.
Kaynu Əlinin xüsusi maşınla aparıldığı Nablusdakı xəstəxanalardan birində şəhid olduğunu bildirib.