Bizimsesimiz.info  // İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahillәrindә 21 fәlәstinlini saxlayıb.

Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.

Mәlumata görә, İordan çayının qәrb sahillәrinin müxtәlif bölgәlәrindә gecә saatlarında keçirilәn әmәliyyatlar nәticәsindә ‘’terror aktlarında iştirak etdiklәri’’ iddiası ilә 21 fәlәstinli saxlanılıb.

İordan çayının qәrb sahillәri vә Şәrqi Qüdsdә tez-tez evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәlә sürәrәk fәlәstinlilәri saxlayır.

Qeyd edәk ki, İsrail hәbsxanalarında 300-ü uşaq olmaqla tәxminәn 7 min fәlәstinli mәhbus  var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here