İsrail Azərbaycan və Qazaxıstanla sıx əlaqələr qurub

Bizimsesimiz.info // İsrailin baş naziri Binyamin Netanyahu əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb.

“Report” İsrail mətbuatına istinadən xəbər verir ki, o, ikitərəfli əlaqələrə yəhudilərin yeni il bayramı sayılan Roş-a-Şana münasibəti ilə ölkənin Xarici İşlər Nazirliyində keçirilən bayram tədbirində toxunub.

Bayram qəbulu Netanyahunun Mərkəzi və Cənubi Amerikaya gözlənilən səfəri ilə əlaqədar olaraq Roş-a-Şana iki həftə qalmış keçirilib.

Baş nazir çıxışı zamanı İsrailin Afrika ilə əlaqələrinin bərpa olunduğunu, Çin, Hindistan və Yaponiya, həmçinin müsəlman ölkəsi olan Azərbaycan və Qazaxıstanla sıx əlaqələrin qurulduğunu bildirib.