Bizimsesimiz.info // İsrail Baş naziri Binyamin Netanyahu ölkənin ən böyük telekommunikasiya şirkəti “Bezeq”in də daxil olduğu korrupsiyaya dair istintaqı çərçivəsində ilk dəfə ifadə verdi.

Netanyahu və xanımı haqqındakı iddiaların arasında cütlüyün rüşvət alması ilə bağlı irəli sürülən iddia da var.

Korrupsiya, rüşvət və pozuntu halları ilə əlaqədar açılan istintaqda  Netanyahu və həyat yoldaşının yaxın əlaqələri təqib olunmağa başlandı.

Ötən həftə İsrail polisi “Bezeq”i “Eurocom” adlı şirkət vasitəsilə idarə edən Shaul Elovitch ilə birlikdə Elovitchin xanımı və “Bezeq”in icraçı direktoru və Netanyahunun yaxın dostu  Stella Handlerı nəzarətə götürdü.

İsrail Baş nazirinin ifadə verərkən söylədikləri açıqlanmayıb.

Daha əvvəllər Netanyahu iddiaları təkzib edərək baş verənləri “ifritə ovu” adlandırmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here