İsrail Fələstindəki səyyar məktəbləri də sökdü
Bizimsesimiz.info // İordan çayının qərb sahilində Beytüllahimin şərqindəki Cab əz-Zab qəsəbəsində Avropa İttifaqı tərəfindən hazırlanan 5 səyyar məktəbin İsrail hökuməti tərəfindən müsadirə olunduğu bildirilib. Fələstin xəbər agentliyi “Wafa” çərşənbə günü İsrail tərəfindən müsadirə edilməzdən əvvəl 64 şagirdin məktəbin yerləşdiyi yerə gəldiyi, yanlarında gətirdikləri stullara oturduqları və dərsi açıq havada keçdiyini bildirib. Üçüncü sinif şagirdi Həsən Naif “Wafa”ya açıqlamasında “Çox təəssüf. Təhsil ilinin başlamasına sevinmək əvəzinə xəyalını qurduğum məktəbin artıq yerində olmadığını öyrəndik. Daha əvvəl evimə çox uzaqda olan başqa bir məktəbə getmək məcburiyyətindəydim”, – deyib. İsrailli rəsmilər məktəblərin lazımi icazələr alınmadan qurulduğunu bildirib. Yerli sakinlər israillilərin gecə gələrək, məhkəməyə müraciət etmə və etirazı bildirmək imkanı vermədən məktəbləri apardıqlarını söyləyiblər. Fələstin Xarici İşlər Nazirliyi İsrail hökumətinin bazar günü axşam Şərqi Qüdsün Cəbəl əl-Bab qəsəbəsindəki bir məktəbi yerlə bir etdiyini açıqlayıb. Yaşları 3 ilə 5 arasında olan 25 uşağın təhsil aldığı məktəb Avropa İttifaqı tərəfindən maliyyələşdirilən edilirdi. // Eastnews.org