Bizimsesimiz.info // İsrail əsgərləri ölkənin cənubundakı Nəcəf (Negev) çölündə yerləşən fələstinlilərin yaşadığı əl-Arakib kəndindəki evləri 120-ci dəfə söküb.

Bu barədə Arakibi Müdafiə Komitəsinin üzvü Əziz ət-Turi açıqlama verib.

Ət-Turi açıqlamasında İsrail qüvvələrinin bu gün səhər kəndə basqın təşkil etdiyini və “icazəsiz” olduğu iddiası ilə fələstinlilərə aid bütün evləri buldozerlə dağıtdığını söyləyib.

İsrailin Arakib kəndində 2010-cu ilin iyulundan bu yana 120-ci dəfə söküntü apardığını bildirən Turi, “Burada yaşamaq üçün mübarizəmizə davam edəcəyik. Nə qədər çox evlərimizi söksələr də, inşallah müqavimət göstərmə iradəmizi sındıra bilməyəcəklər. Biz bu torpaqların sahibiyik”, – deyib.

Qeyd edək ki, Arakib kəndində İsrail vətəndaşı olan 87 fələstinli yaşayır. İsrail rəhbərliyi kəndin qeyri-qanuni yollarla qurulduğunu və dağıdılması olduğunu iddia edir. Kənd əhalisi isə bu torpaqların İsrailin yaranmasından xeyli əvvəl ulu babalarından onlara miras qaldığını vurğulayır.

Kəndlilər İsrail qüvvələrinin hər bir dağıntı prosesindən sonra taxta və plastik materiallarla evlərini yenidən inşa edərək, müqaviməti davam etdirir. İsrail  son olaraq 3 oktyabrda Arakib kəndində söküntü aparmışdı.

Nəcəf bölgəsindəki kəndlərə elektrik və su kimi zəruri xidmətləri verməyən İsrail bölgədə yaşayan fələstinlilərin ərazi mülkiyyətini də tanımır.

Fələstin mənbələrinə görə, İsrail indiyə qədər 220 min fələstinlinin yaşadığı 12 milyon hektar Nəcəf çölünün 11 milyon hektarını ələ keçirib. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here