İsrail fransalı siyasətçilərə səfər qadağası tətbiq etdi

Bizimsesimiz.info  // Fransalı bələdiyyə sədrləri və parlamentarilərindən ibarət nümayəndə heyətinin İsrail rejiminin nəzarətində olan ərazilərə və Fələstinə girişlərinin qadağan edilməsi ilə bu şəxslərin səfərlərinin təxirə salındığı bildirilib.

İsrail həbsxanalarında məhbus olan Fələstinin “Fəth” Hərəkatı liderlərindən Mərvan Barquti və daha əvvəl Fransada yaşamış fələstinli Salah Hamouri ilə görüşmək üçün İsrail rejiminin nəzarətindəki ərazilərə və Fələstinə getmək istəyən fransız bələdiyyə sədri və deputatlardan ibarət 7 nəfərlik heyət tərəfindən yazılı açıqlama verilib.

Açıqlamada heyətin Fransa Xarici İşlər Nazirliyi rəsmiləri ilə dünən axşam keçirdiyi görüşdə İsrail rejimi tərəfindən İsrail və Fələstinə girişlərinin qadağan olduğunu öyrəndikləri qeyd olunub. Bu səbəblə İsrail və Fələstinə planlaşdırılan səfərin təxirə salındığı bildirilən açıqlamada hazırkı vəziyyətdə İsrail hökumətinin tətbiq etdiyi təzyiq səbəbiylə səfərin təhlükəsiz şəkildə baş verə bilməyəcəyi vurğulanıb.

Fransa hökumətindən Barquti və Hamouriylə görüş üçün yeni proses başladılmasının tələb olunduğu bildirilən açıqlamada hökumətin İsrailin bu davranışını qəbul etməməli olduğu ifadə edilib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.