İsrail geri addım atır

Bizimsesimiz.info // İsrail polisi Əl-Əqsanın qapılarına qurduğu elektron axtarış detektorlarını qaldırdı.

İsrail Təhlükəsizlik Kabinetinin srağa gün gecə radələrində verdiyi qərara əsasən, Əqsa məscidinin qapılarındakı detektorları qaldıran polis qapılarda qalan dəmir barmaqlıqları da qaldırıb. Məscidin Aslanlı (Əsbat) qapısında toplaşan Qüds xalqı atılan son addımı coşğu ilə qeyd edir.

Əsbat qapısında mətbuata açıqlama verən Əl-Əqsa Vəqfi direktoru Ömər Kisvani deyib: “Əl-Əqsada araşdırma aparması üçün vəfizə tapşırılan texniki heyətin işinin tamamilə bitməsini gözləyəcəyik. Məscidə girib girməmək mövzusunda qərarı sabah keçirəcəyimiz yığıncaqdan sonra verəcəyik”.

Digər tərəfdən İsrail əsgərlərinin Əl-Əqsanın Aslanlı (Əsbat) qapısı yaxınlığında namaz qılan yüzlərlə adama müdaxiləsi nəticəsində 2 fələstinlinin yaralandığı bildirilib.