İsrail Hindistandan 162 yəhudini gətirərək Fələstin torpaqlarında yerləşdirdi

Bizimsesimiz.info  // İsrail rejimi Hindistanın şimalında yaşayan “Bney Menaşe” yəhudi cəmiyyətinin 162 üzvünü Fələstin torpaqlarında yerləşdirib.

Hindistandan 2 qrup şəklində gətirilən yəhudilər İsrail rejiminin Ben-Gurion beynəlxalq hava limanında bir qrup fanatik yəhudi tərəfindən İsrail bayraqları və xüsusi şənliklə qarşılanıblar.

“Bney Menaşe” yəhudi icmasından son dəfə Fələstinə yerləşdirilmə isə bu ilin fevral ayında həyata keçirilmişdi.

O zaman 102 Hindistan yəhudisi işğal edilmiş torpaqlara yerləşdirilmişdi.

Qeyd edək ki, İsrailin baş xaxamı 2005-ci ildə Hindistan yəhudilərini “unudulmuş yəhudilər” hesab etmiş və onlara əlaqələr nəticəsində 1700 sionist yəhudini işğal olunmuş ərazilərə yerləşdirmişdi. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.