İsrail hökuməti Şərqi Qüdsdə 300 min yeni mənzil tikməyi planlaşdırır

Bizimsesimiz.info // İsrail hökuməti işğal altındakı Şərqi Qüdsdəki Yəhudi yaşayış məntəqələrinə əlavə olaraq 300 min yeni mənzil tikməyi planlaşdırır.

İsrailin “Kanal 10” televiziyasının xəbərinə görə, ölkənin abadanlıq naziri Yoav Galant “İsrailin paytaxtı birləşmiş Qüdsün torpaqlarında mənzil tikmə” adı altında 300 min yeni tikinti planını açıqlayıb.

İsrailin yeni mənzilləri hansı Yəhudi yaşayış məntəqələrində tikəcəyi barədə məlumat verilməyib. Xəbərdə həmin planın İsrail hökumətinin daha əvvəl açıqladığı və işğal altındakı Şərqi Qüdsün ətrafında yerləşən Yəhudi yaşayış məntələrinin Qüdsə bağlanmasını nəzərdə tutan “Böyük Qüds” planının bir hissəsi olduğu vurğulanıb.

Galantın bu açıqlamasının ABŞ prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı kimi elan etməsindən üç həftə sonra verməsi diqqət çəkib.

Fələstin Xarici İşlər Nazirliyi xəbərə reaksiya göstərərək bildirib ki, İsrailin həfədi Qüdsü ətrafındakı Fələstin yaşayış məntəqələrindən ayırmaq və “işğal dövlətinə” birləşdirməkdir. Bu müstəmləkəçi cəsarət Trumpın Qüds qərarı olmasaydı olmazdı. İşğal dövlətinin Fələstin xalqına, torpağına və müqəddəs dəyərlərinə istimaqətli atacağı addım və pozuntularından Trump və onun rəhbərliyi məsuldür.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir