İsrail Kürdüstan dövlətinin qurulmasında maraqlıdır – İsrailin Ədliyyə naziri
Bizimsesimiz.info // Yaxın Şərqdə müstəqil kürd dövlətinin qurulmasını dəstəkləyən İsrailin Ədliyyə naziri Ayelet Şaked bildirib ki, ABŞ sentyabrın 25-də Şimali İraq Kürd Administrasiyasında keçirilməsi planlaşdırılan müstəqillik referendumunu dəstəkləməlidir.
SalamNews-un verdiyi xəbərə görə, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat verib.
Şaked İsrailin İraq kürdlərinin müstəqilliyini dəstəklədiyini bəyan edib.
“İsrail ilə Qərb ölkələri Kürdüstan dövlətinin qurulmasında maraqlıdır. Düşünürəm ki, ABŞ-ın Kürdüstan bölgəsində keçiriləcək referendumu dəstəkləmə zamanı çatıb”.