İsrail məhkəməsindən qalmaqallı qərar

Bizimsesimiz.info // İsrail hərbi məhkəməsi işğal altındakı İordan çayının qərb sahilində 3 yəhudini öldürən fələstinli Ömər əl-Əbdin ailəsindən 5 nəfəri müxtəlif həbs cəzalarına məhkum edib. Bu barədə İsrail dövlət radiosu xəbər verib. Xəbərə görə, ötən ay Ramallah şəhəri yaxınlığındakı qeyri-qanuni yaşayış məntəqəsi Neve Tsufta (Halamiş) 3 yəhudini öldürən fələstinli Əbdin anası 1 ay, atası 2 ay, iki qardaşı ilə əmisi da səkkiz ay həbsə məhkum edilib. Radionun xəbərində hərbi məhkəmənin ailə üzvlərinin Əbdin fəaliyyət planından xəbərdar olduğuna buna baxmayaraq, İsrail orqanlarına məlumat vermədiyi qənaətinə gələrək, cəza verdiyi qeyd edilib. Xatırladaq ki, İsrailin “Əqsa” məscidinə qarşı qanun pozuntuları ilə əlaqədar 21 iyulda Halamiş yaşayış məntəqəsində 3 yəhudi öldürən fələstinli Ömər əl-Əbd hadisədən sonra saxlanılıb. İsrail qüvvələri 16 avqustda da Əbdin Ramallah yaxınlığındakı Kubər kəndində yerləşən evini sökmüşdü. Qeyd edək ki, İsrailin hücum etdiyi iddia edilən fələstinlilərin ailələrinə qarşı “cinayətin şəxsiliyi” prinsipini pozaraq, ailə üzvlərini ittiham, evlərini dağıtmaq və iş yerlərini bağlama kimi “kütləvi cəzalar” verməsi insan haqları təşkilatları tərəfindən tənqid edilir. // eastnews.org

103 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir