İsrail müdafiə naziri ABŞ-ın Qüdslə bağlı planından danışdı

Bizimsesimiz.info  // İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman ABŞ prezidenti Donald Trampın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürəcəyi ilə bağlı planından danışıb.

Rejim naziri Tramp admintrasiyasının atacağı bu addımın təqdirəlayiq olduğunu bildirərək, “Bu, həlledici qərardır. Ümid edirəm ki, qarşıdakı həftə və ya ayda ABŞ səfirliyi Qüdsə köçürüləcək. Mən inanıram ki, yəhudi xalqı üçün vacib olan bu addım bütün problemləri aradan qaldıracaq. Bu, Donald Trampın seçkilərdən əvvəlki mövqeyidir və əlbəttə ki, biz bu qərarı tamamilə dəstəkləyirik” , – deyə qeyd edib.

Son məlumata əsasən, Donal Tramp dekabrın 6-da edəcəyi çıxışda Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıya bilər. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir