İsrail ordusu 6 mülki fələstinlini həbs etdi – VİDEO
Bizimsesimiz.info // İsrail ordusu avqustun 20-dən 21- inə keçən gecə Fələstin ərazisinə daxil olaraq dinc sakinlərin yaşadığı evlərdə axtarış aparıb.
Moderator.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, fələstinlilərin kompakt yaşadığı əraziyə daxil olan İsrail ordusu 6 nəfər mülki şəxsi həbs edib. İsrail tərəfi bu şəxslərin antiterror əməliyyatı çərçivəsində saxlandığını açıqlayıb.