Bizimsesimiz.info // İsrail işğal altındakı Şərqi Qüdsdən keçəcək Beynəlxalq Qüds Marafonuna etiraz edən fələstinlilərə marafon keçirməyə icazə vermədi.

İsrail polisi fələstinlilərin maşınlarını dayandıraraq, müqəddəs şəhərin ərəblərə məxsus olduğunu vurğulamaq məqsədilə üzərində “8-ci Qüds Marafonu” yazılan köynəklər geyinmiş 2 nəfəri nəzarətə götürdü.

İşğal altındakı Şərqi Qüdsün bəzi yerlərinə çox sayda İsrail polisi yerləşdirildi, şəhərin şərq və qərb hissələri arasındakı sahədə  təhlükəsizlik tədbirləri görüldü, şəhərin cənub və şimalında yaşayan fələstinlilərin cümə namazı üçün Məscid-ül Əqsaya getməsi çətinləşdi.

Qeyd edək ki, İsrailə tabe olan Qüds Bələdiyyəsi bir neçə ildir ki, fələstinlilərin etirazlarına baxmayaraq, marafon təşkil edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here