İsrail Qəzza tunellərinə hücum etdi – 8 ölü, 10 yaralı – FOTO

Bizimsesimiz.info/ // Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudra İsrailin Qəzza zolağı sərhədinə yaxın bölgədə Deyr əl-Bəlah şəhərinin şərqindəki bir tunelin hədəf alındığını açıqladığı şərhdə, “Xilasetmə qrupları 8 fələstinlinin cəsədini çıxardı”, -deyə söyləyib.

Yaralıların xəstəxanaya sövq edildiyini bildirən əl-Kudra, yaralıların sayı və hadisənin detalları haqqında tam məlumat verməyib. Son məlumata görə isə hadisə zamanı 8 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

Ölənlərdən ikisinin “İslami Cihad” hərəkatını üzvü olduğu qeyd edilir.   İsrail ordusunun mətbuat katibi Aviçay Adra gündüz Qəzza Zolağı ətrafında bir tunelin yıxıldığını yazılı açıqlamada bildirib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir