İsrail Qəzzanı atəşə tutub
Bizimsesimiz.info // İsrail ordusu Qəzza zolağını artilleriya atəşinə tutub.
İsrail tərəfi açıqlamasında HƏMAS-ın mövqelərinin hədəfə alındığını bildirib. Atəş nəticəsində ölən və xəsarət alan olmayıb. İsrail Müdafiə Nazirliyi bəyan edib ki, artilleriya hücumu Qəzzadan atılmış raketlərə cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, İsrail tərəfi mütəmadi olaraq Qəzza zolağına zərbələr endirir. Hücumlar nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla dinc sakinlər həlak olur. // islam.az