Bizimsesimiz.info  // İordan çayının qərb sahilində təşkil edilən basqınlarda 12 fələstinlinin nəzarətə alındığı bildirilib.

Bu barədə İsrail ordusundan yazılı açıqlama verilib. Saxlanılan fələstinlilərin “terror aksiyalarına qoşulduqları” iddia olunub.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.

İsrail həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var və bu say durmadan artır. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here