Bizimsesimiz.info  // İsrail qüvvələri Cənin şəhərinin qərbində Qabatiyə və İordan çayının qərb sahilinin şimalındakı Beytlahimdə təşkil etdikləri basqınlarda 5 nəfəri həbs edib.

Bu barədə yerli mənbələr məlumat verib.

Məlumatda İsrail qüvvələrinin bu gün səhər saatlarında Qabatiyə bölgəsinə girib əs-Səbainə, Əbur-Rab və Kəmil ərazilərinə basqın edərək, bəzi vətəndaşların evlərində axtarışlar apardığı bildirilib.

Mənbələr basqına müqavimət göstərən gənclərlə İsrail qüvvələri arasında toqquşmaların olduğunu qeyd edib.

Bölgədə aparılan axtarış tədbirlərindən sonra isə iki fələstinlinin həbs edildiyi qeyd olunub. Beytlahimdə də bəzi ərazilərə basqın edən İsrail qüvvələri axtarış apardıqları evlərdə iki nəfəri həbs edib.

Axtarışlar zamanı İsrail qüvvələri Beyt Ficar bölgəsində fələstinli məhbus Eməl Takətikənin evində əşyalarına zərər verib.

İsrail qüvvələri əl-Mənşiyyə kəndində isə kimliyi hələ məlum olmayan bir gənci həbs edib. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here