İsrail qüvvələri daha 6 fələstinlini nəzarətə götürdü
Bizimsesimiz.info // İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə saatlarında təşkil edilən basqınlarda 6 fələstinlinin nəzarətə alındığı bildirilib.
Bu barədə İsrail ordusundan yazılı açıqlama verilib. Saxlanılan fələstinlilərin “terror aksiyalarına qoşulduqları” iddia olunub.
Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.
İsrail həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var. //eastnews.org