İsrail qüvvələri daha bir fələstinlini öldürdü

Bizimsesimiz.info eastnews.org saytına istinadən verdiyi xəbərə görə, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin əl-Xəlil şəhərində bir fələstinlini öldürüb. Bu barədə İsrail ordusundan yazılı açıqlama verilib. Açıqlamada nəqliyyat vasitəsini əl-Xəlilin cənubundakı qeyri-qanuni yəhudi yaşayış məntəqəsi Tekoanın qarşısında olan İsrail əsgərlərinin üstünə sürən fələstinlinin maşınından enərək, bir əsgəri bıçaqla yüngül yaraladığı irəli sürülüb. Hadisə yerində olan İsrail əsgərlərinin fələstinlini vuraraq öldürdüyü, yüngül yaralandığı qeyd edilən İsrail əsgərinin isə xəstəxanada müalicə altına alındığı bildirilib. İordan çayının qərb sahili və Şərqi Qüds 1967-ci ildən İsrail işğalı altındadır. İsrail qüvvələri vaxtaşırı “hücum cəhdi göstərdikləri” iddiası ilə fələstinliləri vurur. İnsan haqları təşkilatları İsrail qüvvələrini “küçənin ortasında mühakiməsiz edam etməkdə” günahlandırır. İsrail işğalı altındakı İordan çayının qərb sahilində 400 min, Şərqi Qüdsdə 200 minə yaxın yəhudi var. Beynəlxalq hüquqa əsasən, buralardakı yəhudi yaşayış məntəqələrinin hamısı qeyri-qanunidir.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir