Bizimsesimiz.info // İsrail əsgərləri işğal altındakı Şərqi Qüdsdə fələstinlilərə aid 4 evi “qanunsuz olduğu” səbəbilə söküb.

Qüdsə bağlı olmasına baxmayaraq, İsrailin inşa etdiyi “Ayırıcı divar” ilə şəhərdən ayrılan Cəbəl əl-Bala məhəlləsində evləri sökülən dörd fələstinli ailə evsiz qalıb.

Məhəllə sakinlərindən Ətallah əl-Cahalin söküntünün yaxınlıqda yerləşən qeyri-qanuni yəhudi yaşayış məntəqəsi Maale Adumimi genişləndirmək üçün edildiyini bildirib.

İsrail işğalından əvvəl də özlərinin burada yaşadıqalarını deyən Cahalin buna baxmayaraq, İsrail qüvvələrinin “icazəsiz olduğu” səbəbilə evlərini sökməklə təhdid etdiyini diqqətə çatdırıb. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here