Bizimsesimiz.info // İşğalçı İsrail qüvvələri İordan çayının qərb sahilinin əl-Xəlil şəhərindəki “İbrahim əl-Xəlil” məscidi qarşısında fələstinli qadını həbs edib.

Bu barədə yerli mənbələr məlumat verib. Məlumata görə, “İbrahim əl-Xəlil” məscidi qarşısında qurulan hərbi barrikadada xidmət aparan İsrail polisi namaz qılmaq üçün məscidə girmək istəyən 32  yaşlıfələstinli qadın Muntəha İbrahim Əli Əbu Hamdiyəni dayandırıb, üstünü və çantasını axtarıb.

İsrail qüvvələri çantasında bıçaq olduğu iddiasıyla əl-Xəlil şəhərindən olan fələstinli qadını həbs edib.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.

İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var və bu say durmadan artır. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here