İsrail qüvvələri ötən ay 22-si qadın, 80-i uşaq olmaqla 450 fələstinlini həbs edib

Bizimsesimiz.info // İsrail qüvvələrinin noyabr ayı ərzində 450 fələstinlini həbs etdiyi bildirib.

Bu barədə Fələstin Əsirləri Araşdırma Mərkəzi açıqlama verib.

Mərkəz bu 450 nəfərdən 22-nin qadın, 80-nin isə uşaq olduğunu qeyd edib.

Ay ərzində 7 fələstinliyə ömürlük həbs cəzası verildiyini bildirən mərkəz bununla da İsrail həbsxanalarında ömürlük həbsə məhkum edilən fələstinlilərin sayının 509-a çatdığını vurğulayıb. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.