Bizimsesimiz.info  // Fevralın 10-da Suriya Hərbi Hava Qüvvələri tərəfindən vurularaq yerə endirilən İsrail rejiminə məxsus F-16 təyyarəsi barədə rejim ordusundan açıqlama verilib.

İsrail ordusundan verilən açıqlamada F-16 təyyarəsinin məhvində ekipaj üzvləri məsul bilinib.

İsrail Hərbi Hava Qüvvələrinin yüksək rütbəli əməkdaşlarından biri verdiyi açıqlamada Suriya ərazisinə zərbə endirmək üçün havaya qalxan F-16 təyyarələrindən yalnız birinin ekipaj üzvlərinin səhvi ucbatından məhv olduğunu söyləyib.

Adının açıqlanmadığı rəsmi, ekipaj üzvlərinin özlərini müdafiə etməkdə səhlənkarlığa yol verərək, hava hücumundan müdafiə sisteminin raketlərinə tuş gəldiyini sözlərinə əlavə edib. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here